Sərxoş kişi metroda atəş açdı

Sərxoş kişi metroda atəş açdı
21:14 21 Mart 2017
145 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov şəhərində metroda silahlı insident baş verib.

 

APA-nın “112 Ukrayna” agentliyinə istinadən verdiyi xəbərə görə, 31 yaşlı Xarkov vilayəti sakininin travmatik pistoletdən açdığı atəş nəticəsində  bir nəfər yaralanıb.

 

Ayağından yaralanan 29 yaşlı oğlan xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs  polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, o, sərxoş vəziyyətdə olub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparlır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270344

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR