Məsum İmamların anası, nümunəvi insan

Məsum İmamların anası, nümunəvi insan
21:42 21 Mart 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Zəhranın (s.ə) əxlaqı hər bir insan üçün bir örnək və nümunədir. Bu, elə bir əxlaqdır ki, onunla kamil insan və şəxsiyyət yetişdirmək olar. Bir insanda təsəvvür oluna bilən bütün ən gözəl sifətlər Həzrət Zəhrada (s.ə) mövcuddur.

Bu gün cavan nəsil özlərinə nümunə seçən zaman Həzrət Zəhranı (s.ə) seçsələr, onlar üçün hidayət yolunun çırağı olar.
Atasının evində.
Həzrət Fatimə (s.ə) elə bir insan idi ki, Həzrət Peyğəmbərin (s) buyurduğuna görə, Allahın əzəmətli nurundan xəlq olmuşdur. Həzrət Peyğəmbər (s) əziz qızını çox sevərdi və buyurardı: "Mən nə zaman behiştə müştaq oluram, Fatiməni (s.ə) öpürəm". "Fatimə (s.ə) - mənim bədənimin bir parçasıdır".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Fatimə (s.ə) - nübuvvət ağacının səmərəsi və Məsum İmamların (ə) anasıdır. O zaman ki, Məkkə müşrikləri Həzrət Peyğəmbəri (s) incidir və üstünə torpaq atırlar, Həzrət Fatimə (s.ə) atasının üzünə düşmüş torpağı təmizləyir və ona sevgi göstərirdi. Ona görə də onu Ümmi-əbiha adlandırırdılar. Yəni, bu qız atasına ana kimi idi.
Aişə deyir: "Fatimə (s.ə) söz deməkdə Peyğəmbərə (s) ən çox bənzəyən insan idi. Peyğəmbərin (s) yanına gələn zaman Həzrət (s) onun əlindən tutar və öpərdi. Öz yerində əyləşdirərdi. Nə zaman Peyğəmbər (s) Fatimənin (s.ə) yanına gedərdi, Fatimə (s.ə) atasına hörmət əlaməti olaraq yerindən qalxar və Həzrətin (s) əlindən öpüb öz yerində əyləşdirərdi".
 
Həyat yoldaşının evində.
İmam Rza (ə) Əmirəl-möminindən (ə) nəql edir ki, buyurub: "Peyğəmbər (s) mənə buyurdu: "Ey Əli! Qureyşin bəziləri məni Fatimə (s.ə) ilə bağlı məzəmmət edib deyirlər: "Biz Fatiməni (s.ə) səndən istədik, razı olmadın. Onu Əliyə (ə) verdin". Onlara dedim: "Allaha and olsun ki, mən onu öz nəzərimə görə Əlinin (ə) həyat yoldaşı etmədim. Allah sizin evliliyinizlə müxalif və Əlinin (ə) evliliyinə razı idi. Cəbrayil (ə) mənə nazil oldu və dedi: "Ey Muhəmməd! Həqiqətən Allah Təala buyurur: "Əgər Əlini (ə) yaratmasaydım, qızın Fatimə (s.ə) üçün yer üzündə həyat yoldaşı mövcud olmazdı. Adəmdən tutmuş ondan aşağıya qədər""".
Həzrət Fatimə (s.ə) həyat yoldaşına nəinki həmdəm, həm də sirdaş və dayaq olmuşdu. Heç bir zaman ona itaətsizlik etməz və sözündən çıxmazdı. Şikayət edib gileylənməzdi. Ağır günlərdə İmam Əliyə (ə) təskinlik verər və onun həqiqi dostu olardı.
 
Nümunəvi ana.
Həzrət Zəhra (s.ə) övlad tərbiyəsində də hər birimiz üçün nümunə ola bilər. Rəhmətlik İmam (r) onun haqqında buyurur: "O, kiçik hücrədə elə insanlar tərbiyə etdi ki, nurları yerdən kainata qədər, mələklərin aləmindən Əlayi mələkuta qədər parlayardı. Allahın salamı olsun bu hücrəyə ki, İlahi əzəmət nurunun cilvəgahı olmuşdur".
Bu nümunəvi banunun əxlaqi dəyərlərindən faydalanaq və ondan ibrət alaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR