SsangYong-dan yeni krossover - FOTO

SsangYong-dan  yeni krossover - FOTO
21:52 21 Mart 2017
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

SsangYong Koreya şirkəti Cenevrə avtosalonunu gozləmədi və yeni konseptual krossoverin ilk şəkillərini göstərdi. Bu krossoverin təqdimat mərasimi martın əvvəlində keçiriləcək.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeddiyerli ortaölçülü prototip XAVL (eXciting Authentic Vehicle Long)  iki il əvvəl təqdim edilən və seriyalı yolsuzluq avtomobili Korando-nun üslubunda olan beşyerli konsept XAV-in inkişaf etmiş variantıdır.

Hələ ki, yeni SsangYong XAVL haqqında çox danışılmır. Güman edilir ki,avtomobil 4,6 metr uzunluq və 2,7 təkər bazası ilə  ölçülərinə görə Skoda Kodiaq və Nissan X-Trail-ə yaxın olacaq.

SsangYong-da, həmçinin, yeni krossoverin benzin və dizel mühərrikləri, qabaqcıl təhlükəsizlik sistemləri, avtomobillər arası "rabitə" funksiyası və rəqəmsal cihaz paneli ilə əlverişli olacağı məlumat verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/520888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR