İrəvanda yola başlayan hakim: Azərbaycan - Almaniya matçı 2:2 nəticələnəcək?

İrəvanda yola başlayan hakim: Azərbaycan - Almaniya matçı 2:2 nəticələnəcək?
21:52 21 Mart 2017
157 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyalı FİFA referisi Daniele Orsato ilk dəfə Azərbaycan və Almaniya milli komandalarının rəsmi matçlarında baş hakimlik edəcək.

Milli.Az sport24.az-a istinadən bildirir ki, 42 yaşlı ədalət təmsilçisi indiyədək nəinki millimizin, klublarımızın da oyunlarında idarəçilik etməyib.

Orsatonun 2011-ci ildən başlayan beynəlxalq karyerasında almanlarla yolu 2 dəfə kəsişib. Bunlardan birincisi debüt ilində - . 2011-ci ilin sentyabrın 6-da Almaniya milli komandasının Polşa yığması ilə səfərdəki yoldaşlıq görüşü olub. Qdanskda keçirilən bu matç 2:2 hesabı ilə nəticələnib.

Ostario bu oyunda 3 sarı vərəqə göstərib ki, bunlardan çoxu - 2-si Bundestimə olub. Baş hakim qırmızı vərəqədən də istifadə etməli olub ki, bu, polşalılara ünvanlanıb. Referi matçda 2 penalti də verib ki, bunlar hər komandanın qapısına 1 dəfə təyin olunub.

Ostario Çempionlar Liqasının cari mövsümündə Almaniyada iş başında olub. Maraqlıdır ki, 2016-cı ilin sentyabrın 14-də keçirilən "Bayer" - MOİK (Moskva) matçı da 2:2 hesabı ilə nəticələnib. İtaliyalı ədalət təmsilçisi oyunda hər 2 sarı vərəqəni almanlara göstərib.

2010-cu ildə FİFA hakimi olan Ostarionun debütü həmin il İrəvanda olub. O, AVRO-2012-nin seçmə mərhələsində Ermənistan - Slovakiya matçını idarə edib. İtaliyalı son olaraq ötən həftə ÇL-nin 1/8 mərhələsində idarəçilik edib. Bu, "Lester"lə "Sevilya" arasında İngiltərədə meydan sahiblərinin 2:0 hesabı ilə qalib gələrək mərhələ adladığı cavab qarşılaşmasıdı. Ostario həmin oyunun ikinci hissəsində "Sevilya"nın fransalı yarımmüdafiəçisi Samir Nəsri ilə argentinalı Sergio Sampaolini qırmızı vərəqə göstərərək qovub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR