Şirvanda mağazadan oğurluq edilib

13:07 7 Yanvar 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 13:02 ]


Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərində naməlum şəxslər mağazadan oğurluq edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, oğurluq hadisəsi ötən gün gecə saatlarında baş verib. Naməlum şəxslər Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi-18 ünvanında yerləşən, Soltanov Kamil İlyas oğluna məxsus mağazanın dam örtüyünü deşərək ora daxil olublar. Oğrular mağazadan 1300 manat nağd pul, 1200 manat dəyərində siqaret, spirtli içki, telefon danışıq konturları və ərzaq malları oğurlayıb.

 

Onlar həmçinin mağazadan videokameranın görüntüləri olan yaddaş blokunu da özləri ilə aparıb. Ümumilikdə mağaza sahibinə 3 min manata qədər ziyan dəyib. 

 

Oğurluq faktına görə Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR