Kökəlməyə səbəb olmayan 10 məhsul

Kökəlməyə səbəb olmayan 10 məhsul
22:12 21 Mart 2017
214 Ölkə
Ölkə mətbuatı
A- A+

Diyetoloqlar günün istənilən vaxtı yeyilməsi məsləhət görülən məhsulların adlarını açıqlayıblar. Əsas məsələ budur ki, həmin məhsullar kökəltmir, onları axşam saat 6-dan sonra yemək olar və yemək lazımdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər axşam saatlarında sağlamlığa faydalı olan 10 məhsulu müəyyən ediblər. Qara şokolad əhvali-ruhiyyəyə yaxşı təsir göstərir və təzyiqin aşağı düşməsi zamanı xeyirlidir. Vitaminlərlə zəngin püstə ikinci yerdədir. Üçüncü yeri paxla əlavə edilməyən toyuq və ya tərəvəz şorbası, dördüncü yeri orqanizmi zərərli maddələrdən təmizləyən balqabaq tumları tutub.

Ballı süd beşinci yerdədir. Bal əlavə edilmiş süd yuxu gətirir və gündəlik stressdən qurtulmağa kömək edir. Diyetoloqlar vitaminlərlə zəngin olan düyü yeməyi də məsləhət görürlər. Qaymaqla qarışdırılmış qaragilə aclıq hissini yatıran güclü vasitədir. Badam və toyuq əti də faydalı məhsullardan sayılır. Siyahıda sonuncu yeri çox xeyirli xüsusiyyətlərə malik zəncəfilli çay tutur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR