Silahla metroya girdi, bir nəfəri yaraladı

Silahla metroya girdi, bir nəfəri yaraladı
22:23 21 Mart 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Xarkov şəhərində metroda silahlı insident baş verib.

APA-nın “112 Ukrayna” agentliyinə istinadən verdiyi xəbərə görə, 31 yaşlı Xarkov vilayəti sakininin travmatik tapançadan açdığı atəş nəticəsində bir nəfər yaralanıb.

Ayağından yaralanan 29 yaşlı oğlan xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, o, sərxoş vəziyyətdə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparlır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR