Azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqladı

Azərbaycanlı sürücü sərxoş sərnişini bıçaqladı
22:52 21 Mart 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada avtomobilinə mindirdiyi sərnişini bıçaqlayan 29 yaşlı azərbaycanlı tutulub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Moskva" agentliyi yazıb.
İnsident Turistskaya küçəsi, ev 19-da baş verib. 1984-cü il təvəllüdlü şəhərli sərxoş vəziyyətdə Zelenoqrad istiqamətinə gedən avtomobillərdən birinə minib. O, mənzil başında sürücüyə iki min rubl ödəyib, onlar dalaşıblar.
"Zərərçəkmişi qarşılayan həyat yoldaşı onun sinəsində qan izləri aşkar edib, ardınca polis və təcili yardım çağırıb. Məlum olub ki, kişi qaraciyər və ürək kisəsi nahiyələrindən kəsilmiş-deşilmiş yaralar alıb", - deyə mənbə bildirib.
Əməliyyatçılar hadisəni törədən şəxsi müəyyən ediblər və onu Zelenoqradın "Krükovo" stansiyasında saxlayıblar. Ona qarşı qəsdən sağlamlığa ağır zərər yetirmə maddəsi üzrə iş açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR