Epilepsiyanı yenə də mistik təcrübə ilə əlaqələndirirlər

Epilepsiyanı yenə də mistik təcrübə ilə əlaqələndirirlər
23:12 21 Mart 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlər epilepsiya xəstələrinin ifrat dindarlığa meyilli olmasını təsdiqləyiblər - görünür ki, onlar arasında neyrofizioloji əlaqə var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, epilepsiya o dərəcədə açıq-aydın mistik fikir yarada bilir ki, bir sıra dini mədəniyyətlərdə bu xəstəliyi özlüyündə "müqəddəs" hesab edirlər. Elmi-tədqiqat onilliklər ərzində bu bağlılıqdan yazır. Missuri Universiteti alimlərinin yeni tədqiqatı da bu mövzunu davam etdirir.

Epilepsiya tutmaları neyron fəallığının anomal artması ilə əlaqədardır ki, bu da baş-beynin böyük hissəsini əhatə edə bilər. Onlar güclü mistik fikirlərə səbəb ola bilər və ümumiyyətlə, epilepsiya xəstələri çox vaxt dindarlığa meyilli olurlar.

Epilepsiyadan əziyyət çəkən könüllülər arasında sorğu keçirən alimlər müəyyən ediblər ki, onların həyat və davranışlarının müxtəlif tərəfləri həm xəstəlik, həm də dinlə əlaqəlidir. Könüllülərin 32 faizi özlərini xristian-protestant, 10 faizi katolik, 5 faizi buddist və ateist hesab edib, 38 faizi digər dinlərə sitayiş etdiklərini deyiblər. Təkcə 10 faiz bu suala laqeyd yanaşıb.

Tədqiqat müəlliflərinin fikrincə, bu göstəricilər epilepsiyanın neyrofiziologiyası ilə dindarlıq arasında bağlılığın olması fikrini gücləndirir. Əlaqənin səbəblərini isə araşdırmaq lazım gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR