Somalidə partlayışlar - 50 ölü, 10 yaralı

Somalidə partlayışlar - 50 ölü, 10 yaralı
23:19 21 Mart 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

Somalinin paytaxtı Moqadişoda törədilən dörd partlayış nəticəsində azı 50 nəfər ölüb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlar bir-birinin ardınca prezident sarayı, Milli teatr, Müdafiə nazirliyi və “Daya” hoteli qarşısında baş verib.

 

Hadisə nəticəsində azı 10 nəfər yaralanıb.

 

Terror aktlarına  görə məsuliyyəti  “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

 

“Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin mərkəzi hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR