Vaşinqtonun ən böyük Novruz şənliyi - FOTO

Vaşinqtonun ən böyük Novruz şənliyi - FOTO
23:32 21 Mart 2017
160 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqton şəhərinin məşhur "Andrew W. Mellon Auditorium" zalında Novruz Komissiyası tərəfindən Novruz Bayramı münasibətilə ziyafət təşkil olunub.

Müxtəlif mədəniyyətlərin təqdim olunduğu, o cümlədən Türksoy təşkilatının fəallıq göstərdiyi tədbirdə ABŞ rəsmiləri, ictimai xadimlər, diplomatik korpusun nümayəndələri də daxil olmaqla 400 nəfər iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ziyafətdə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ölkəmizin mədəniyyətini əks etdirən guşə, habelə Novruz ənənələrinin təcəssümü olan milli şirniyyat növlərindən və quru meyvələrdən hazırlanmış "Xonça" sərgilənib. Həmçinin Azərbaycanda Novruz bayramı ənənələri barədə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Nyu-Yorkda yaşayan Azərbaycan əsilli müğənni Veronika Yaqubovanın ifasında səslənən milli musiqilərimiz iştirakçılar tərəfindən alqışla qarşılanib.

Xatırladaq ki, Novruz Komissiyası 2010-cu ildən etibarən bahar bayramı ilə əlaqədar ziyafət təşkil edir. Ziyafətə Azərbaycan da daxil olmaqla, Novruz bayramı qeyd edilən dövlətlərin təmsilçiləri qatılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR