Salyanda ailə münaqişəsi intiharla nəticələndi

Salyanda ailə münaqişəsi intiharla nəticələndi
23:38 21 Mart 2017
203 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyanda intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Həmin küçədə, ev 119 ünvanında yaşayan 38 yaşlı Yadigar Əbülfəz oğlu Ələkbərov ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünə qəsd etmək istəyib. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım alsa da, vəziyyəti ağır olduğundan Salyan Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Lakin xəstə yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/192114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR