Ermənistanda 5 polisə ittiham elan olundu

Ermənistanda 5 polisə ittiham elan olundu
23:47 21 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın xüsusi istintaq xidməti polis əməkdaşlarının öz vəzifəsindən sui-istifadəsi ilə bağlı araşdırmaları başa çatdırıb. Nəticədə 5 polisə qarşı ittiham elan olunub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, xüsusi istintaq idarəsi mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, yol polisinin inspektoru Radik Nersisyan 11 iyul 2016-cı ildə baş vermiş cinayət işini ört-basdır etməyə, cinayətkarı məsuliyyətdən yayındırmağa çalışıb. Belə ki, həmin vaxt Lori vilayətinin Aqarak kəndinin iki sakini bıçaqlanıb. Xəsarət yetirən isə inspektorun qohumu Miqran Nersisyan olub. Bu səbəbdən insektor qohumunu cinayət məsuliyyətdən azad etməyə çalışıb. Bu məqsədlə M.Nersisyan baş verənlərin şahidi olan dostu Vaaqna Gevorkyanla danışıb və cinayəti öz üzərinə götürməsi barədə razılığını alıb.

Bunun əvəzində isə onu həbsxanadan azad edəcəyinə söz verib. Nəticədə V.Gevorkayn razılaşıb. Beləliklə o, Taşirdəki polis bölməsində saxlandığı vaxt Nersisyanın qohumları ora gələrək əməliyyatın detallarını müzakirə ediblər. Ancaq onlar təcridxanada ciddi qanun pozuntularına yol veriblər.

Cinayəti gizlətməkdə günahlandılan inspektor R.Nersisyan, onun iş yoldaşları A.Zakaryan və növbətçi hissənin daha iki inspektoruna qarşı ittiham irəli sürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR