Dilinizə baxaraq xəstəliyinizi müəyyən edin

Dilinizə baxaraq xəstəliyinizi müəyyən edin
04:33 22 Mart 2017
Ölkə mətbuatı
A- A+

Dilinizin bütün bədən sağlamlığınızla bağlı vacib siqnallar verdiyini bilirsiniz? Son günlər diliniz çəhrayı rəngini və sızanaqlı səthini itiribsə, bu yazıya mütləq göz gəzdirin. Tabloid.az xarici mətbuata istinadən dilinizin sağlamlığınız haqqında söylədikləri maraqlı faktları təqdim edir:

Hamar və solğun dil

Dilin səthi bir az sızanaqlı olmalıdır. Əgər diliniz hamar və solğun rəngli görünürsə, yəqin ki, sizdə B12 vitamini və dəmir çatışmazlığı var.

Çox böyük dil

Dilinizi şişmiş kimi hiss edir və ya gözünüzə böyük görünürsə, sizdə hipertioridin başlanğıcı ola bilər. Qalxanabənzər hormonun kifayət qədər ifraz olunmaması nəticəsində ortaya çıxan bu vəziyyət, metabolizmi ləngidir və enerjinizi azaldır.

Çatlaq dil

Dilinizin üstündə, ya da yan hissələrində dərin dəlik yaranıbsa, bu, orqanizmin öz toxumalarına qarşı uyğun olmayan immunitet cavabı yaratmasına səbəb olan xəstəlik ola bilər.

Ağ dil

Dilinizin səthi solğun görünürsə, bunun səbəbi göbələk infeksiyası ola bilər. Ağ dil görüntüsü, ağızda göbələklə mübarizə aparan bakteriyaların azalması nəticəsində ortaya çıxır.

Tabloid.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/79675.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR