Şimali Koreya yenə raket buraxdı

Şimali Koreya yenə raket buraxdı
06:34 22 Mart 2017
116 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya raket buraxılışı həyata keçirib.

 

APA-nın xəbərinə görə, bu barədə “Kyodo” agentliyinə Yaponiya hökumətindəki mənbələrdən məlum olub.

 

Raketin ölkənin şərqindəki Vonsan şəhərindən buraxıldığı ehtimal edilir. İlkin məlumata əsasən, növü məlum olmayan raketin sınaq buraxılışı  uğursuz olub.

 

Qeyd edək ki, martın 19-da KXDR rəhbərliyi “Tonçhan-Ri” raket bazasında yeni nəsil  raket mühərrikini sınaqdan keçirdiyini, martın 7-də isə ABŞ və Yaponiya  hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR