Stoltenberq Trampla görüşəcək

Stoltenberq Trampla görüşəcək
07:22 22 Mart 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

NATO-nun baş katibi Yens Stoltenberq aprelin 12-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Stoltenberq artıq ABŞ müdafiə naziri Ceyms Mettislə Vaşınqtonda görüş keçirib. Görüş zamanı terrorizmlə mübarizə məsələləri, Əfqanıstanda və Kosovoda olan vəziyyət müzakirə edilib.

Qeyd edək ki, hazırda ABŞ-da səfərdə olan Stoltenberq Donald Trampın Birləşmiş Ştatların prezidenti seçildikdən sonra ABŞ-a ilk səfəridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR