"Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər"

"Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər"
07:52 22 Mart 2017
178 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

"Türkiyə və Rusiya münasibətlərinə yeni nəfəs gətirib, normallaşdıra biliblər", deyə nazir bildirib.
 
Bununla belə M.Çavuşoğlu vurğulayıb ki, rəsmi Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə-ABŞ münasibətlərinə toxunan nazir deyib ki, ölkəsi  ABŞ-ın yeni adminstrasiyası ilə məhsuldar əməkdaşlıq qurmaq niyyətindədir.
 
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Vaşinqtonda İŞİD-lə mübarizəyə həsr edilmiş toplantıda iştirak edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR