Şimali Koreya raket buraxılışı həyata keçirib

Şimali Koreya raket buraxılışı həyata keçirib
07:57 22 Mart 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreya raket buraxılışı həyata keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyinə Yaponiya hökumətindəki mənbələrdən məlum olub.

Raketin ölkənin şərqindəki Vonsan şəhərindən buraxıldığı ehtimal edilir. İlkin məlumata əsasən, növü məlum olmayan raketin sınaq buraxılışı  uğursuz olub.
 
Qeyd edək ki, martın 19-da KXDR rəhbərliyi "Tonçhan-Ri" raket bazasında yeni nəsil  raket mühərrikini sınaqdan keçirdiyini, martın 7-də isə ABŞ və Yaponiya  hərbi bazalarına zərbələrin endirilməsini sınaqdan keçirdiyini bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR