Ağ Ev: Prezident Tramp NATO-nun sammitində iştirak edəcək

Ağ Ev: Prezident Tramp NATO-nun sammitində iştirak edəcək
08:27 22 Mart 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp NATO-nun dövlət başçıları səviyyəsində keçiriləcək sammitində iştirak edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

"Prezident Tramp aprelin 25-də Brüsseldə NATO-nun zirvə görüşünə qatılacaq. Alyansın baş katibi Yens Stoltenberq sammitin keçiriləcəyi tarixi bu gün elan edib", deyə Ş.Spayser bildirib.
 
Bundan əvvəl aprelin 12-də  ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq  və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR