"Buna görə futbolçular utanmalıdır"

"Buna görə futbolçular utanmalıdır"
08:42 22 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer "Arsenal"da baş məşqçi dəyişikliyi barədə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbol eksperti komanda üzvlərinin Venqerin getməsini istədiklərini yazıb.

"West Bromwich"lə oyunda "Arsenal" futbolçuları Arsen Venqerin qalmasını istəmədiklərini aydın göstərdilər. Şənbə günü hər kəs komandanın məşqçi barədə nə düşünməsi sualına cavab tapdı. Həmin oyunda "Leicester City"nin Klaudio Ranyeri, "Chelsea"nin Joze Mourinyoya qarşı münasibətini "Arsenal" futbolçularının ifasında gördüm. "Topçular" aylardır, bu durumdadır. Son 5 Premyer Liqa matçının 4-də uduzublar. Son aylar Venqer mətbuat və azarkeşlərin çoxundan mənfi rəy alıb. Son oyunda Aleksis Sançezdən başqa, 10 oyunçunun hər biri səhv edirdi. 6 oyunda qalib gəlib İngiltərə Kubokunu qazanmağa "Wigan" da qadirdir. Amma çempion olmaq üçün 38 oyun lazım gəlirsə, "Arsenal"da məsuliyyəti üzərinə götürəcək lider tək-tək ortaya çıxır. Uolkott, Uelbek, Oksled-Çemberleyn və Aleks İvobinin mövqeyini indiyə kimi dəqiq bilmirəm. Bu futbolçular meydanda liderlik keyfiyyəti göstərə bilmir. Arsenin yayda qalmaq qərarı verməsinə təəccüblənərəm. Getsə, fit sədaları və etirazlarla yola salınmağa layiq deyil. Buna görə futbolçular utanmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR