Rusiya Türkiyə qarşı bu qadağanı aradan qaldırmayacaq

Rusiya Türkiyə qarşı bu qadağanı aradan qaldırmayacaq
09:03 22 Mart 2017
161 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ("Rosselxoznadzor") Türkiyədən məhsul idxalına qoyulan mövcud qadağanı aradan qaldırmağı planlaşdırmır.

"Report" xəbər verir ki, bu barədə idarənin mətbuat katibi Yuliya Melano məlumat verib.

"Rosselxoznadzor" Türkiyə məhsullarının idxalı ilə bağlı qüvvədə olan məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmir", - deyə mətbuat katibi "İzvestiya" qəzetinə bildirib.

Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd ediblər ki, "Türkiyə meyvə-tərəvəz məhsullarının Rusiya bazarına tədarükünə qoyulan qadağanın tam və ya qismən ləğv edilməsi məsələsi Ankaranın Rusiya məhsullarına qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə bir müzakirə olunmalıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR