Rusiya Türkiyəyə qoyulan qadağanı aradan qaldırmayacaq

Rusiya Türkiyəyə qoyulan qadağanı aradan qaldırmayacaq
09:05 22 Mart 2017
98 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti ("Rosselxoznadzor") Türkiyədən məhsul idxalına qoyulan mövcud qadağanı aradan qaldırmağı planlaşdırmır.

Milli.Az report-a istnadən xəbər verir ki, bu barədə idarənin mətbuat katibi Yuliya Melano məlumat verib.
"Rosselxoznadzor" Türkiyə məhsullarının idxalı ilə bağlı qüvvədə olan məhdudiyyətin götürülməsi imkanlarını nəzərdən keçirmir", - deyə mətbuat katibi "İzvestiya" qəzetinə bildirib.

Kənd Təsərrüfatı Nazirliyindən isə qeyd ediblər ki, "Türkiyə meyvə-tərəvəz məhsullarının Rusiya bazarına tədarükünə qoyulan qadağanın tam və ya qismən ləğv edilməsi məsələsi Ankaranın Rusiya məhsullarına qoyduğu məhdudiyyətləri aradan qaldırması ilə bir müzakirə olunmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR