Tramp qızı İvankanı müşaviri təyin etdi

Tramp qızı İvankanı müşaviri təyin etdi
09:12 22 Mart 2017
155 Dünya
Ölkə mətbuatı
A- A+

Ağ Evdə ABŞ prezidenti Donald Trampın böyük qızı İvankanın iş otağı olacaq. Lakin prezidentin 35 yaşlı qızı onun administrasiyasında hansısa vəzifəni tutmayacaq.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, qızı faktiki olaraq Donald Trampın müşaviri səlahiyyətlərini icra edəcək. 

İvanka Trampın dünya liderləri ilə keçirilən görüşlərində də iştirak edir.

İvankanın vəkilinin sözlərinə görə, prezidentin qızının Ağ Evdə olması Amerika qanunvericiliynə zidd deyil. Məvacib almayan İvankanın hansısa rəsmi vəzifəsi yoxdur və o, könüllü olaraq müşavir səlahiyyətlərini yerinə yetirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR