Rusiya SSRİ-nin sonuncu xarici borcunu ÖDƏDİ

Rusiya SSRİ-nin sonuncu xarici borcunu ÖDƏDİ
09:17 22 Mart 2017
224 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Sovet İttifaqının varisi kimi Bosniya və Hersoqovina dövlətinə SSRİ-dən qalmış 125,2 milyon dollar borcu ödəyib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, müvaqilə bu gün Sarayevo şəhərində imzalanıb. Razılaşmaya görə, müqavilə imzalandıqdan sonra 45 təqvim günü ərzində borc ödənəcək. Bu barədə məlumatı Rusiyanın maliyyə nazirinin müavini Sergey Stroçak da təsdiqləyib.
 
Bosniya və Hersoqovina SSRİ-nin borcunun ödənmədiyi yeganə keçmiş Yuqoslaviya respublikalarından biri idi. Serbiya, Monteneqro, Xorvatiya, Sloveniya və Makedoniyanın borcu 2011-2016-cı illər ərzində ödənmişdi.
 
SSRİ-nin xarici dövlətlər qarşısında borcu müxtəlif yollarla formalaşmışdı. Bu ölkələr nəticədə Paris Klubunu formalaşdırmışdılar. SSRİ 1983-cü ildən sonra aktiv xarici borc alırdı. Razılaşmaya görə, Rusiya SSRİ-nin borcunu 2115-ci ilə qədər hissə-hissə ödə bilsə də, bunu dərhal etməyi üstün tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR