Sabirabadda güclü partlayış

Sabirabadda partlayış hadisəsi baş verib.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sabirabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 09:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR