Yeməkdən sonra mədəniz ağrıyır?

Mədə həzm prosesində iştirak edən ən vacib orqandır. Buna görə də, mədədə yaranan nasazlıq qidanın həzm olmasında problem yaradır və insanın sağlamlığına mənfi təsir edir.

Mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişikliklər zamanı qastrit əmələ gəlir. Qastrit əmələ gəldiyi zaman dəridə kiçik qırmızı ləkələr yaranır. Xəstəliyə düzgün qidalanmamaq, stress və alkoqol istifadəsi səbəb ola bilər. Bəzi mütəxəssislərə görə, qastrit müalicə edilə bilər, ancaq dərmanlar bəzən müsbət təsir etmir. Bu zaman təbii üsullarla müalicə ala bilərsiniz.

Metbuat.az məlumat verir ki, qastritlə mübarizədə ən effektiv üsullardan biri düyü suyudur. 1 litr suda az miqdarda düyü qaynadıb soyudun və qarışımı süzün. Həmin qarışımdan gündə iki dəfə için.

Mədənizdə yanma hiss edirsinizsə, yerkökü və kərəviz suyu köməyinizə çatacaq. Bu suyu hazırlamaq üçün iki yerkökü ilə kərəviz saplarını su ilə qarışdırın. Mədədə yanma hiss etdiyiniz zaman bu sudan için.

Qastrit və mədə turşuması əlamətlərini azaltmaq üçün zəncəfil və armud istifadə edərək çay hazırlayın. 1 ədəd armudu 2 çay qaşığı zəncəfil ilə qaynadın. 1-2 stəkan içki çıxana qədər su əlavə edin, gün boyu için.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR