Xəzərdə daha bir faciə baş verib?

Martın 20-də gecə saatlarında Qum adasında yerləşən “Bahar” Əməliyyat Şirkətində qəza baş verib. Əməliyyat Şirkətinin 409-cu özülündə işləyən fəhlələr hündürlükdən yıxılıblar. Qəza nəticəsində bir neftçi ölüb, 3 nəfər isə ağır yaralıdır.

Metbuat.az-ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı öz "Facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Ayaz Məmməd oğlu Məmmədov özüldə açılmış dəlikdən dənizə yıxılıb. Bu zaman aldığı xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfər nevroloji travma alıb (onurğa beynin sınması baş verib), iki nəfər isə müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib.

Mirvari Qəhrəmanlı deyib ki, "hadisə Bahar ƏŞ -nə məxsus 409-cu özüldə baş verib. Özül köhnədir, əsaslı təmirə ehtiyac duyulur. Bu özüldə 4 quyu var. 409, 414, 415, 417. Verilən məlumatda işçilər Təmir Tikinti İdarəsində çalışırlar və iş günü olmamasına baxmayaraq onları həmin qəzalı vəziyyətdə olan özüldə təmir işlərini aparılması üçün göndəriliblər. İşçilər özüldə olan iri dəlikdən dənizə düşüb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR