Bu musiqi insanı narkoman edir

Musiqinin hormonlar üzərində güclü təsirə malik olduğu alimlər tərəfindən sübut olunub. Musiqi seçimimiz əhval-ruhiyyəmizi yüksəldə və ya azalda bilər.

Metbuat.az xəbər verir ki, 1960-70 -ci illərdə inkişafının pik nöqtəsinə çatan rok dinləyicilərinin sayı hazırda da az deyil. İngilis dilindən tərcümədə “yırğalamaq”, “silkələmək” mənasını verən rok əsasən ABŞ və Qərbi Avropa ölkələrində inkişaf edib. “Blues” fəlsəfəsinə əsaslanan rokda qaradərililərin ağlardan gördüyü zülm qarşısında üsyanları üstüörtülü şəkildə ifadə edilib. Musiqidə elektro gitaranın istifadəsi isə, “distortion” səs effektinin üsyan və ağrını düzgün şəkildə əks etdirməsi ilə bağlıdır.

Azərbaycanda da əsası 1960-cı ildə qoyulan rok musiqisevərlərin sayı az deyil. Tez-tez şəhərdə “heavy-metal” ifaçı və dinləyicilərinə xas formada geyinib-keçinən gəncləri görmək mümkündür.

Psixoloq Tunar Cəfərlinin rokun insan psixalogiyasına, davranışlarına mənfi təsiri məsələsinə toxunub:

“Rok dinləyicilərinin düşüncə tərzi, davranışları, hissləri fərqli olur. İnsan ağlını başdan çıxaran, hisslərini qabardan musiqilərə qulaq asmaq hətta narkomaniya kimi zərərli vərdişlərin də yaranmasına səbəb ola bilər. Gurultulu, küylü musiqilərdən olan rokdakı sərt melodiyalar neqativ hissləri ortaya çıxarır. Xalq mahnıları və muğamlar isə insan psixologiyası və sağlamlığına müsbət təsir göstərir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR