Ancelina Coli ilə Bred Pitt barışdı

Ancelina Coli ilə Bred Pitt barışdı
11:38 22 Mart 2017
247 Şou
Ölkə mətbuatı
A- A+

Ötən ilin sonlarında boşanan məşhur cütlük - Ancelina Coli ilə Bred Pitt zeytun yağı istehalına başlamağa və ortaq olmağa qərar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorla aktrisa boşanma mərhələsində Fransadakı Şato-de-Miraval qəsrini satmaqdan imtina edib. Cütlüyə yaxın mənbənin verdiyi məlumata görə, onlar uşaqlarının gələcəyi naminə qəsrin bağındakı zeytun ağaclarından zeytun yağı istehsalına başlayıb.

İddialara görə, Ancelina Coli artıq keçmiş həyat yoldaşı Bred Pitə uşaqlarını daha nizamlı şəkildə görməsinə icazə verir. Pittin isə uşaqları üçün “Disneyland”-i bir neçə saatlığa bağlamağı düşündüyünü, ancaq oğulları Maddoks və Paksın bu fikrə qarşı olduğundan planından imtina etdiyini deyilir.

Xatırladaq ki, 6 uşaq sahibi Coli və Pitt Fransadakı Şato-de-Miraval qəsrindəki üzüm bağlarından şərab da istehsal edir. Bundan başqa cütlük 2014-cü ildə Fransada sözügedən qəsrdə evlənmişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/192138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR