Cəlilabadda sürüşmə: magistral yol təhlükədə

Cəlilabadda sürüşmə: magistral yol təhlükədə
11:39 22 Mart 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda sürüşmə sahələrində yenidən aktivləşmə müşahidə olunur.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, daha çox aktivlik Zəhmətabad kəndində qeydə alınıb, böyük torpaq laylarının dərəyə sürüşməsi nəticəsində çökəklik yaranıb.

 

Yüksək ərazidə vəziyyətin daha da təhlükəli olduğu bildirilir. 

 

Sürüşmə nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət üçün çətinliklər yaranıb.

 

Yolda avtomobillərin hərəkətində problem yaranmaması üçün tədbirlər görülür.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR