“Lester” - “Sevilya” matçının hakimi millimizin oyununda

“Lester” - “Sevilya” matçının hakimi millimizin oyununda
11:47 22 Mart 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018"in seçmə mərhələsində baş tutacaq Azərbaycan - Almaniya matçının hakimləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı italiyalı hakimlər briqadasını tapşırıb.

 

Martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçı Daniele Orsato idarə edəcək. Ona Mauro Tonolini və Rikkardo di Fiore yardımçı olacaq. Dördüncü hakimi funksiyasını Marko Quida yerinə yetirəcək. Oyunun komissarı moldovalı Adrian İksari olacaq, hakimlərin işinə rusiyalı hakim-inspektor Aleksey Spirin qiymət verəcək.

 

Qeyd edək ki, Daniele Orsato 2010-cu ildən FIFA referisi statusu dayışır. 42 yaşlı referi beynəlxalq arenada 50 matç idarə edib. O, Çempionlar Liqası və Avropa Liqasında qrup oyunları ilə yanaşı, 1/8 final matçlarına da təyinat alıb.

 

Referi son olaraq beynəlxalq arenada Çempionlar Liqasının 1/8 final mərhələsində “Lester” - “Sevilya” (2:0) matçında ədaləti qoruyub. O, cari mövsümdə “Mançester Siti”, “Atletiko” və “Barselona”nın da Çempionlar Liqasındakı oyunlarında fit çalıb. 


Danielle Orsato idarə etdiyi 50 beynəlxalq matçda 198 vərəqə göstərib. Bunlardan 184-ü sarı, 14-ü qırmızı vərəqə olub. Referi həmçinin 16 penalti təyin edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lester-sevilya-matcnn-hakimi-millimizin-oyununda-t57058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR