Körpələr üçün SPA mərkəzi açıldı

Qərbi Avstraliyada yerləşən “Perth” uşaq SPA mərkəzi 6 aya qədər körpələr üçün su ilə müalicə və massaj xidməti təklif edir.

Metbuat.az məlumat verir ki, SPA mərkəzində uşaqları əyləndirməklə yanaşı, müalicə də edirlər. Mərkəz uşaqların özünü rahat və etibarlı hiss etmələrini təmin edən “Bubby” adlı üzmə halqası istehsal edir. Belə rahatladıcı bir mühitdə qalmaq uşaqlarla valideynlər arasında sağlam əlaqəni daha da möhkəmləndirir. Həmçinin suda üzmək uşaqların əzələ və sümük inkişafına da müsbət təsir edir. Duş qəbulundan sonra uşaqların dərisi üzüm toxumu yağı ilə nəmləndirilir və massaj edilir.

Uşaqların özünü daha təhlükəsiz hiss etmələri üçün üzdükləri hovuzun suyu ozon ilə bakteriyalardan təmizlənir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR