Türkiyədən Hollandiya ilə bağlı SƏRT BƏYANAT

Türkiyədən Hollandiya ilə bağlı SƏRT BƏYANAT
12:13 22 Mart 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

"Hollandiyada Novruz şənlikləri adı altında keçirilən nümayişlərdə PKK rəmzləri və terrorçu liderin şəkillərinin dalğalandırılması bu ölkənin hakimiyyət orqanlarının Türkiyəyə qarşı qərəzli və dost olmayan münasibətin növbəti təzahürüdür".

Publika.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Haaqa və Amsterdamda keçirilən PKK nümayişlərinə dair Türkiyə XİN-in yaydığı bəyanatda deyilir.

Bildirilir ki, Türkiyədə keçiriləcək referendumu hədəf alan terrorçu təşkilata Hollandiyada nümayişlər keçirməyə icazə verilməsi qəbuledilməzdir:

“Türkiyə hakimiyyət nümayəndələrinin bu ölkədə yaşayan türk icması üzvləri ilə görüşünün qarşısının alınması, diplomatik və konsulluq münasibətlərinə aid konvensiyaların, toplaşma və söz azadlıqların pozulması fonunda Hollandiyanın bu addımı xüsusilə qəbuledilməzdir”.

Bəyanatda o da bildirilib ki, Hollandiyanın bu addımı nəinki Türkiyəyə qarşı ikili standartlar siyasətin növbəti nümayişi, həmçinin bəşəri dəyərləri təhrif təcrübəsinin təəssüf doğuran nümunəsidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR