Suriyadan Türkiyə ərazisinə atəş açıldı, ölən var...

Azad Suriya Ordususunun nəzarəti altında olan Suriyanın Atma qəsəbəsindən Türkiyə ərazisinə atəş açılıb.

Metbuat.az bildirir ki, nəticədə sərhəd təhlükəsizliyinə nəzarət edən türk əsgəri yaralanıb. Xəstəxanaya çatdırılan əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR