Mundiala yollanmağa namizəd 8 sürpriz komanda: Azərbaycan...

Mundiala yollanmağa namizəd 8 sürpriz komanda: Azərbaycan...
12:42 22 Mart 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya mətbuatı DÇ-2018-in seçmə mərhələsində sürpriz edə biləcək komandaların siyahısını dərc edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həmin yığmalar arasında Azərbaycan da var.

Qonşu ölkədəki həmkarlarımız gələn il Rusiyada təşkil ediləcək mundialın sürpriz iştirakçılarla zəngin ola biləcəyini istisna etməyiblər. Final mərhələsinə yollanması ehtimal edilən 8 sürpriz komanda Azərbaycan millisi ilə yanaşı, Bolqarıstan, Monteneqro, Səudiyyə Ərəbistanı, Burkina-Faso, Ekvador, Panama və seçmə mərhələdəki rəqibimiz Şimali İrlandiya hesab edilir.
 
Ruslar qrupumuzda əsas rəqibimizin Şimali İrlandiya olduğunu düşünürlər. Hətta bu rəqibdən fərqli, Almaniya ilə ehtiyatda iki oyunumuzun olmasını yığmamız üçün müsbət hal hesab edirlər. Robert Prosineçkinin yetirmələrinin digər üstünlüyü isə Şimali İrlandiyanı Bakıda qəbul edəcəyimiz və evdə daha çox oyun keçirəcəyimizdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR