Jirinovskidən təklif: "Volqoqradı Stalinqrad edək"

Jirinovskidən təklif: "Volqoqradı Stalinqrad edək"
12:47 22 Mart 2017
118 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Liberal Demokrat Partiyası (RLDP) Volqoqrad şəhərinin Stalinqrad adlandırılmasını növbəti dəfə təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Dumasında liberal-demokratlar fraksiyasının mətbuat xidmətinin yaydığı press-relizdə deyilir:

"RLDP-nin sədri Vladimir Jirinovski hesab edir ki, Rusiyada tarix və nəsillərə varislik olmalıdır. Bununla əlaqədar olaraq, o, Volqoqrada əvvəlki adını qaytarmağı - şəhərin Stalinqrad adlandırılmasını, eləcə də Moskva-Stalinqrad sürət qatarının istifadəyə verilməsini təklif edir".

Qeyd edək ki, bundan əvvəl Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov da həmin ideyanı dəstəklədiyini bəyan etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528262.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR