Dəhşətli istilər gəlir - XƏBƏRDARLIQ

Dəhşətli istilər gəlir - XƏBƏRDARLIQ
13:47 22 Mart 2017
231 Dünya
Ölkə mətbuatı
A- A+

"2016-cı ildə havanın temperaturu normal səviyyədən 1,1 dərəcə yüksək olub. Bu il isə havanın temperaturu daha da yüksələcək".

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya meteorologiya təşkilatının hesabatında bildirilir.

Təşkilatın iqlim araşdırmalar proqramının direktoru Devid Karlsonun sözlərinə görə, hətta güclü El-Ninyo axını olmadan 2017-ci ildə bütün planetdə əhəmiyyətli dəyişiliklər olacaq.

"Cənubi və Mərkəzi Afrikada güclü quraqlıq müşahidə ediləcək. Dənizlərin səviyyəsi çox yüksəlib. Bundan başqa, isti hava dalğaları Arktikaya qədər gedib çıxıb. Bu, Kanada və ABŞ-da iqlimi təhlükə altına satıb. Bu ölkələrdə isti hava, ərəb ölkələrində isə əksinə soyuq hava müşahidə ediləcək", - Ümumdünya meteorologiya təşkilatının araşdırmaçıları bildirir.

Qeyd olunur ki, 2016-cı ildə qlobal temperatur rekord səviyyədə olub. Ekstremal tendensiya 2017-ci ildə də müşahidə ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR