Almaniya millisinin futbolçularından dopinq-test götürüldü

Almaniya millisinin futbolçularından dopinq-test götürüldü
14:17 22 Mart 2017
145 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərə və Azərbaycan yığmaları ilə oyunlar ərəfəsində futbol üzrə Almaniya milli komandasının düşərgəsinə qəfil yoxlama gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, Almaniya Milli Antidopinq Agentliyinin müfəttişləri gözlənilmədən Bundestimin futbolçularını dopinq-testdən keçiriblər.

Oyunçulardan 2-si sidik, daha 2-si isə sidik və qan analizi verib. Lakin onların adları açıqlanmayıb. 
Qeyd edək ki, Almaniya bu gün Dortmundda İngiltərə ilə yoldaşlıq görüşünə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il Dünya Çempionatının seçmə qrup matçına çıxacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR