"Barselona"nın sabiq prezidenti vəfat etdi

"Barselona"nın sabiq prezidenti vəfat etdi
14:27 22 Mart 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Aqusti Montal Kosta vəfat edib.

Milli.Az report.az-a istinadən bildirir ki, o, 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Montal Kataloniya klubuna 1969-1977-ci illərdə rəhbərlik edib. Onun prezidentliyi dövrü 1973-cü ildə "Barsa"nın "Ayaks"dan Yohan Kroyfu alması ilə əlamətdar olub. Sonrakı dövrlərdə Y.Kroyf klub üçün həm futbolçu, həm də məşqçi kimi böyük rol oynayıb.

Aqusti Montal Kostanın atası Aqustin Montal Qalobart da 1946-1952-ci illərdə Kataloniya təmsilçisinin prezidenti olub. 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR