Rusiyadan Türkiyəyə ZƏRBƏ

Rusiyadan Türkiyəyə ZƏRBƏ
14:28 22 Mart 2017
189 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya hökuməti Türkiyə istehsalı olan kənd təsərrüfatı məhsullarının ölkəyə idxalına qoyduğu qadağanı aradan qaldırmayacaq”.

Publika.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Rosselhoznadzor” kənd təsərrüfatı agentliyinin sözçüsü Yuliya Melano bildirib.

Yuliya Melano deyib ki, “Rosselhoznadzor” agentliyi Türkiyədən alınan kənd təsərrüfatı məhsullarına, xüsusi ilə də pomidor, xiyar, göyərti, alma və armuda qoyduğu sanksiyaları tamamilə aradan qaldırmağı düşünmür: “Bu yaxınlarda Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi də Türkiyəyə qarşı qəbul edilən sanksiyaların tamamilə aradan qaldırılmayacağını bəyan edib”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/192150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR