Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir

Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir
14:47 22 Mart 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Çin Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaların tətbiq edilməsinə qarşı çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Çin XİN-in rəsmisi Xua Çunyin deyib:

"Bizim mövqeyimiz ardıcıl və aydındır. Biz istənilən ölkə tərəfindən daxili qanunvericiliyə əsasən qəbul edilən birtərəfli sanksiyaların tətbiqinin əleyhinəyik".
 
Qeyd edək ki, bir müddət əvvəl KXDR-i qlobal maliyyə sistemindən təcrid etmək üçün Donald Tramp administrasiyanın bu ölkəyə qarşı yeni sanksiyaları nəzərdən keçirdiyi barədə məlumat yayılıb. Bu sanksiyaların xüsusi ilə KXDR-da fəaliyyət göstərən Çin banklarına qarşı iqtisadi və diplomatik təzyiqin bir hissəsi olacağı və ABŞ, Yaponiya və Cənubi Koreyanın mövqelərinin gücləndirilməsinə yönəldiyi bildirilib. Bununla bağlı təkliflər paketinin apreldə D.Tpampla Çin lideri Si Dzinpin ilə keçiriləcək görüş ərəfəsində ABŞ prezidentinə təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, bu ay ərzində KXDR dörd raketin buraxılışını həyata keçirib. Onlardan biri Yaponiya sahillərindən 200 km məsafədə suya düşüb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/528291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR