"Çox danışdığına görə arvadımı..."

Türkiyənin Antaliya şəhərində ailə münaqişəsi zəmnində cinayət hadisəsi baş verib.

Metbuat.az bildirir ki, 31 yaşlı Mahmud A. adlı şəxs 28 yaşlı həyat yoldaşı Səmra A.-nı amansızlıqla döyüb. Xəstəxanaya çatdırılan qadının bədənində zərbə izləri, boğazında isə 1 sm dərinliyində şüşə kəsiyi aşkar edilib. Həkimlər onun həyatı üçün ciddi təhlükənin olmadığını qeyd ediblər.

Polisə könüllü olaraq təslim olan Mahmud A. arvadını həddən çox danışdığına görə döydüyünü söyləyib. Faktla bağlı araşdırmalar davam edir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR