Alleqrinin taleyinə aydınlıq gəldi

Alleqrinin taleyinə aydınlıq gəldi
15:05 22 Mart 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqrinin gələcək taleyi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis hazırkı klubunda qalmağı üstün tutub.

Son vaxtlar adı "Barselona" ilə daha çox hallanan Alleqri söz-söhbətlərə son qoymaq üçün "qoca sinyora" ilə yeni müqavilə imzalamaq qərarına gəlib. Rəhbərliklə baş tutan danışıqlar artıq müsbət nəticələnib. 49 yaşlı çalışdırıcı yaxın günlərdə klubu ilə anlaşmasının müddətini 2020-ci ilə qədər uzadacaq.
 
Qeyd edək ki, Massimiliano Alleqri 2014-cü ildən "Yuventus"u çalışdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR