Mozaikanın sökülməsiylə gündəmə gələn universitet yenidən təmirə bağlandı - FOTO/VİDEO

Mozaikanın sökülməsiylə gündəmə gələn universitet yenidən təmirə bağlandı - FOTO/VİDEO
15:08 22 Mart 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir müddət öncə Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə gündəmə gələn Bakı Slavyan Uuniversiteti (BSU) yenidən təmirə bağlanıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hazırda Universitetin fasadı yenidən sökülür.

İş günü olmadığından məsələ ilə bağlı BSU-dan telefon zənglərimizə cavab verən olmayıb.

Xatırladaq ki, 2016-cı ilin avqust ayında Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tərəfindən universitetin giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə bağlı verilən qərar ictimaiyyət arasında etirazla qarşılanmışdı.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/192154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR