Sarkisyan Ter-Petrosyanla bağlı qərarını verdi

Sarkisyan Ter-Petrosyanla bağlı qərarını verdi
15:12 22 Mart 2017
172 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Konqres- EMK" seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib.

Bunu Ermənistanın "Joxovurd" qəzeti yazıb.

"Bütün sosioloji sorğulara əsasən "Konqres - EMK" bloku Milli Assambleyaya keçmək üçün tələb olunan minimal baryeri belə aşa bilməyəcəyi üçün hakimiyyət alyansa böyük sahibkar Xaçatur Sukiasyanın simasında sponsorluq təqdim etməklə yanaşı, öz tərəfdarlarına tapşırıb ki, Levon Ter-Petrosyanın komandası səsləri qazana bilməsi üçün yerlərdə iş aparsınlar", - deyə qəzetin mənbəsi bildirib. 

Nəşrin yazdığına görə, "Konqres -EMB" blokunda hökm sürən süküt və təşviqat kampaniyasının aparılmaması məhz bundan irəli gəlir: "Təsadüfi deyil ki, bu kontekstdə 1998-ci ildən bəri ilk dəfə Levon Ter-Petrosyan Ermənistanın İctimai televiziyasına dəvət edilərək xüsusi siyasi reklam çərçivəsində öz blokunun digər siyasi qüvvələr üçün qəbuledilməz olan sülh formulunu - seçkiqabağı proqramının əsas müddəalarını təqdim edib".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/armenia/528298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR