Məşhur aktrisa və ərinə gözlənilməz İTTİHAM

Məşhur aktrisa və ərinə gözlənilməz İTTİHAM
15:22 22 Mart 2017
156 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Vilma Elles, əri Kərəm Göğüşə qarşı şantaj ittihamı irəli sürülüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, V.Elles, əri və vəkili "Zilin sesi" filmindən alacağı 52 min lirəni ala bilmədikləri üçün prodüseri şantaj və təhdidlə sənəd imzalamağa məcbur ediblər.

Aktrisa ifadəsində bunun yalan olduğunu, prodüserin filmin reklamı üçün bu hadisəni gündəmə gətirdiyini bildirib:

"Filmin təqdimat günü yeddi aylıq hamilə idim. Müqaviləyə görə 52 min hələ alacaqdım, amma ödənmədi. Özteke pulu olmadığı üçün mənə qala gecəsi sənəd verməyi təklif etdi. Qəbul etdim".

Prodüser Murat Özteke isə "Elles filmin premyerasından əvvəl əri və vəkilləri ilə yanıma gəlib 50 min lirə alacağını dedi. Əgər sənədi imzalamasam, qala gecədə dava salacağını bildirdi. Məcbur imzaladım", deyib.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/528299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR