Saytların birində Azərbaycanın Əməkdar artisti Naibə Allahverdiyevanın dünyasını dəyişdiyi xəbəri yayılıb.
Belə ki, xəbərdə Naibə xanımın gecə saatlarında səhhətinin pisləşməsinə görə xəstəxanaya aparıldığı və daha sonra isə dünyasını dəyişdiyi bildirilib.
Sözügedən xəbərlə bağlı Əməkdar artistlə əlaqə saxladıq. Naibə
Allahverdiyeva açıqlamasında haqqında yazılanların şaiyə olduğunu
dedi: “Mən bilmirəm ki, hansı sayt haqqımda belə xəbər yayıb. Yəqin
mənim düşmənlərim, məni istəməyənlərdir. Səhhətim çox yaxşıdır. Heç
xəstəxanaya da getməmişəm. Düzdü, anam rəhmətə getdikdən sonra
özümü çox pis hiss edirdim. Hətta müalicə də aldım. İndi özümü
toparlamışam”.