Sudanda 9 qaçaqmalçıya edam cəzası verildi

Sudanda silah qaçaqmalçılığı ilə məşğul olmaqda günahlandırılan 9 nəfərə edam cəzası verilib.

Metbuat.az bildirir ki, ələ keçirilən şəxslərdən bir neçə odlu silah götürülərək müvafiq qurumlara təhvil verilib.

Qeyd edək ki, Sudanın qərbindəki Darfur bölgəsində "Ədalət və Bərabərlik Hərəkatı", "Sudan Qurtuluş Hərəkatı" və "Sudan Xalq Qurtuluş Ordusu"ndan ibarət İnqilab Cəbhəsi 2003-cü ildən bu yana hökumət qüvvələri ilə mübarizə aparır.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR