Bakıda 3 otaqlı ev yandı

Bakıda 3 otaqlı ev yandı
16:47 22 Mart 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın olub.

Milli.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 36 m2 sahədə, 1 otağın və dəhlizin yanar konstruksiyaları 36 m2 sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/528318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR