İbrahimoviç: "Qvardiolanın problemi nə idi, indi də bilmirəm"

İbrahimoviç: "Qvardiolanın problemi nə idi, indi də bilmirəm"
16:52 22 Mart 2017
126 İdman
Ölkə mətbuatı
A- A+

Zlatan İbrahimoviç aprelin sonunda baş tutacaq Mançester derbisində Qvardiolanın "Manchester City"si ilə görüşə motivasiyalı çıxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, isveçli ulduz "Barcelona"da yol getmədiyi mütəxəsis haqqında bunları deyib:

"Qvardiolanın komandalarına qarşı oynamaq mənim motivasiya edir. Baş verənlərdən sonra bunu normal hesab edirəm. "Barcelona" mənə çox şey verdi. Həm meydanda, həm də ondan kənarda futbola aid bilgilərim artdı. Məsələn, futbolda hər şeyin 24 saat içində dəyişə bildiyini öyrəndim. Katalon klubunda problem məndə yox, Qvardiolada idi. Mənimlə anlaşmağa cəhd də göstərmədi. Problemi nəydi, indi də bilmirəm. Ona qarşı prinsipimi müsbət istiqamətdə istifadə edirəm. Amma beynimdə bəzi şeylər qalmaqdadır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/528313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR